2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
26 May , 2017

26 may tarixində Sabunçu rayon MKS –nin 2 saylı filialında 28 May Respublika günü  münasibətilə kitabxananın fəal oxucuları ilə birlikdə Azərbaycan əl çatmayan uca zirvə başlıqlı sərgi düzəldildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə sistem inzibatçısı M.Məmmədova açdı:

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu.

Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

  28 May 28 May 28 May

Bizim yolumuz azadlıq yoludur, inkişaf  yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq.

                                                                                                                 Azərbaycan Respublika Gününü qeyd edir 

Başım üstdə məğrur-məğrur dalğalanan

Bayrağına canım qurban , Azərbaycan !

Ruhuma büt , cismim üçün vətən olan

Torpağına canım qurban , Azərbaycan !

Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

Sonda 28 May Respublika günü  münasibətilə təşkil olunmuş sərgiyə baxış keçirildi.

Foto Qalereya