2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
7 İyun , 2017

7 iyun tarixində Sabunçu rayon MKS –nin 2 saylı filialında XVIII əsr Azərbaycan şairi  Molla Pənah Vaqifin 300 illiyi ilə əlaqədar Gözəllik və həqiqiət şairi başlıqlı sərgi düzəldildi, 67 saylı məktəbin şagirdləri ilə birlikdə söhbət keçirildi. Söhbəti abonement bölməsinin müdiri S.Əliyeva açdı:

Xalq üçün yaradan böyük sənətkarlar heç vaxt ölmürlər. Xalq onları yaddaşlarda, mahnılarda, dastanlarda yaşadır, haqqında müxtəlif rəvayətlər, əfsanələr yaradır.

Dahi şair nəzərimizdə həm də böyük alim, Dədə Qorqud müdrikliyinə malik el ağsaqqalı kimi canlanır.

Vaqif  tükənməz xəzinədir. Hər bir ləlin üzərinə Azərbaycan xalqının adı yazılıb. Ona görə də bu incilər Yer üzərindəki bütün söz incilərindən seçilir.

Vaqif  xalqın ruhunu, dilini, arzu və istəyini, zövqünü, gözəlliyini dərindən öyrəndikdə sonra Azərbaycan şeirinin bayrağını Şərq poeziyası göylərinə ucaldan, bununla da ədəbiyyatımızda realizm yolu açan bir şairdir.

Vaqif  həm dünənin, həm bu günün, həm də sabahın – irəlidə, hələ bizdən sonra gələcək çox–çox əsrlərin şairidir. O, bizim ölməz sələfimiz, ən əsası isə həqiqi xalq şairimizdir.

Foto Qalereya