2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
14 İyun , 2017

Xilaskarın gəlişi ilə

Alov yatdı, qan dayandı

Sanki, biraz rahatlandı

Nəfəs dərdi Azərbaycan

Zirvələrə qaya kimi

Sinə gəldi Azərbaycan

14 iyun tarixində Sabunçu rayon MKS –nin 2 saylı filialında 15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü münasibəti ilə Müstəqilliyimizin zəfər yürüşü başlıqlı sərgi  təşkil edildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə sistem inzibatçısı M. Məmmədova açdı: 

Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi taleyimiz, insanlıq haqqlarımıza sahib çıxmağımızın başlanğıcı oldu.

Tarixə qızıl hərflərlə yazılan 15 iyun günü xalqımızı qurtuluş yoluna çıxaran dönüş nöqtəsi olmaqla yanaşı, həm də milli təqvimiziə barış günü, dövlət müstəqilliyimizin dönməzliyinə hökm verildiyi zaman kimi daxil oldu. O gün yenicə yaranmış müstəqil Azərbaycan dövləti gerçək suverenliyini itirməkdən, parçalanmadan, sonu görünməyən fəlakətlər girdabına yuvarlanmadan xilas edildi. 

Hər kəs yaxşı dərk edir ki, 15 iyun – Ümumilli lider Heydər Əliyevin xalqının, dövlətinin taleyinə sahib çıxdığı bir gündür.

Heydər Əliyev xalqımızın qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu gələcəyimizin təməlini qoyan böyük şəxsiyyət dahi siyasətçi idi. Bugün müstəqil Azərbaycan və onun əldə etdiyi bütün uğurlar məhz onu titanik fəaliyyətinin nəticələridir.

Mustafa Kamal Atatürk demişdir ki, ən böyük şəxslər özündən çox mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır. Məhz Heydər Əliyev də belə şəxslərdəndir.

Foto Qalereya