2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
19 Yanvar , 2018

 Sabunçu rayon MKS-nin 2 saylı kitabxana filialında Ümümxalq Hüzn Günü münasibəti ilə  kitabxanada “Dualı dillərdə yaşar Şəhidlər” başlıqlı sərgi təşkil olunub, 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə tədbir keçirilib.

20 Yanvar Şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Söhbəti giriş sözü ilə direktor müavini S.Ağayeva  açıb. Qeyd etdi ki, 1990 il qanlı yanvar qırğınından 28 il keçməsinə baxmayaraq, bu tarix xalqımızın  qan yaddaşına əbədi həkk olunub. 20 yanvar faciəsi öz azadlığına,müstəqilliyinə can atan xalqımızın mübarizliyini,əyilməzliyini nümayiş etdirdi.Tariximizin bu səhifəsi  imperiya gülləsinin səsindən açılsa da şəhidlərimizin qanı ilə yazıldı.Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın,müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakınəsillərə də bir qürur mənbəyi olacaqdır.Nəsillər dəyişəcək,lakin vətən oğullarının xatirəsi ürəklərdə  əbədi yaşayacaqdır!

Allah sizə rəhmət etsin!   

 

         

 

 

 

                   

 

 

 

 

 

 

Foto Qalereya