2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
25 Yanvar , 2018

25 yanvar tarixində Sabunçu rayon MKS-nin 2 saylı filialında Hacı Zeynalabdin Tağıyevin 195 illiyi münasibəti ilə 170 saylı məktəbin şagirdləri ilə birlikdə “Xeyirxah insanlar ölmürlər” adlı söhbət keçirildi.

Söhbəti giriş sözü ilə şöbə müdiri E.Məmmədova açıb. Bildirib ki, hər xalq öz yaradıcı insanlarını yaşadır və onu başqa xalqlara tanıdır. Azərbaycanda da Hacı Zeynalabdin haqqında məlumatı olmayan adam tapmaq mümkün deyil. XIX və XX əsrlərdə öz xeyirxahlıqları ilə Azərbaycan xalqının qəlbində səxavət simvoluna çevrilmiş Hacı Zeynalabdin Tağıyev indiyədək hər birimizə örnək olaraq qalmışdır və bizdən sonra gələn nəslin də yaddaşında beləcə yaşayacaqdır.Hacı Zeynalabdin sadə fəhlədən milyonçu dərəcəsinədək yüksəlsə də özünü heç zaman xalqından ayrı təsəvvür etməmiş,ictimaiyyət üçün  etdiyi xeyriyyəçilik işlərindən əlavə imkansızların da əlindən tutmağı,hətta öz xərci ilə onlara toy etməyi, dünyasını dəyişənlərin cənazəsini qaldırmağı da unutmamışdı.İndi də o zamankı kimi  maarifi,mədəniyyəti, mətbuat və digər qurumları yaşatmaq üçün H.Z.Tağıyev kimi şəxslərə ehtiyac duyulurvə duyulacaq.

 

Foto Qalereya