2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
2 Fevral , 2018

2 fevral tarixində Sabunçu rayon MKS-nin 2 saylı filialında 2 fevral Gənclər günü münasibəti ilə Gənclər bizim gələcəyimizdir” başlıqlı sərgi düzəldildi, 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə söhbət keçirildi. Söhbəti giriş sözü ilə  direktor müavini S.Ağayeva açdı:

“Özünü gənc hesab edən hər kəsi təbrik edirəm. Heç kəsə sirr deyil ki,gənclik bir millətin yaşaması, inkişaf etməsi üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün sağlam gəncliyin olması vacib şərtdir. Hər bir Azərbaycan gənci öz tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən bilərək, hörmətlə yanaşaraq və onları yaşadaraq ölkəsinə layiqli vətəndaş ,peşəkar mütəxəssis və gözəl insan kimi formalaşmağı qarşısına məqsəd qoymalıdır. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Bu gün qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektual və vətənpərvər gənclər yetişdirmək. Gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi.”

Foto Qalereya