2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
7 Fevral , 2018

7 fevral tarixində Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı 170 saylı məktəbin IV sinif şagirdləri ilə birlikdə Milli Qəhrəman Mübariz İbrahimov haqqında söhbət keçirildi. 

Söhbəti giriş sözü ilə proqramçı N.Seyidova açdı. N.Seyidova Milli Qəhrəman M.İbrahimovun qısa, lakin şərəfli ömür yolundan və şəhid olduğu gün göstərdiyi şücaətlərdən danışıb qeyd etdi ki, Mübariz qəhrəman doğulmamışdı, lakin ətrafında yaşananlar onu qəhrəman kimi yetişdirdi. Mübariz bir gecədə xalqın qəhrəmanlıq simvoluna çevrildi, adı Azərbaycanın qəhrəmanlıq tarixinə yazıldı .M.Ibrahimovun göstərdiyi bu qəhrəmanlıq bir Azərbaycan övladının öz torpağı uğrunda hayqırtısıdır. "Şəhid olsam ağlamayın, sevinin ki, o mərtəbəyə yüksəldim" deyən Mübarizin qəhrəmanlıq məktəbi gənclərimiz və gələcək nəsillər üçün nümunəvi örnək kimi tarixdə qalacaqdır. Gün gələcək biz öz torpaqlarımızı düşməndən azad edəcəyik, Mübariz kimi qəhrəmanlarımız Azərbaycanın bayrağını daim yüksəklərdə saxlayaraq, öz şəhidlik zirvələrinə qədər yüksəldəcəklər.

 Allah sənə rəhmət eləsin

Foto Qalereya