2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
12 Fevral , 2018

12 fevral tarixində Sabunçu rayon MKS-inin  2 №-li kitabxana filialında kitabxananın fəal oxucu qrupları ilə birlikdə şair İslam Səfərlinin anadan olmasının 95 illiyi münasibəti ilə “Hələ deyəcəyim sözlər vardı”adlı söhbət keçirildi.

Söhbəti giriş sözü ilə abonoment bölməsinin müdiri S.Əliyeva şairin şeirindən bir parça səsləndirərək açdı.           

Bir insan ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün.

Nəğməkar şair, dramaturq, gözəl insan.Hər bir sənətkar öz yaradıcılığı ilə özünə abidə qoyur. Əlbəttə qranitdən və mərmərdən daha çox  xatirələrdə, yaddaşlarda bu abidəni yaradır. Ürəklərimizdə yaranan belə abidələrdən biri də İslam Səfərli abidəsidir. Qısa və mənalı ömür yaşayan, 30 ildən çox “əldə qələm, dizdə varaq” bədii yaradıcılıqla məşğul olmuş İslam Səfərli Azərbaycanı tükənməz ilhamla tərənnüm etmişdir. Nə qədər ki, biz anaları dünyada ən müqəddəs varlıq sanırıq, qarşısında baş əyirik, dünyadan köçəndən sonra da ana itkisi qəlbımizə yara vurur…Nə qədər ki, Azərbaycanın ən şirin ləhcəli sənətkarı Rəşid Behbudovun ifasında “Ana” mahnısını dinləyirik o zaman bu mahnının müəllifi İslam Səfərlini də yad edəcəyik. Nəğməkar şairin şeirləri və mahnıları ölkəmizin bu gününün və sabahının əsərləri kimi yaşayır.

Sonra oxucular şairin şeirlərindən parçalar söylədilər. 

Foto Qalereya