2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
19 Fevral , 2018

19 fevral tarixində Sabunçu rayon MKS-inin 2 №-li kitabxana filialında Beynəlxalq Ana Dili Günü münasibəti ilə- “Ana dili–Qiyməti bilinməz bir incidir o” başlıqlı sərgi təşkil olunub və 170 saylı məktəbin şagirdləri ilə birlikdə söhbət keçirilib.

Söhbəti giriş sözü ilə baş kitabxanaçı M.Ağalarova açıb. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən, dillərin qorunması məqsədi ilə hər il keçirilən Beynəlxalq  Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Azərbaycan dili sadəcə olaraq ünsiyyət vasitəsi kimi başa düşülməməlidir. Hər kəs bilməlidir ki, ulu babalarımızın, aqillərimizin bizə yadigar qoyduqları bu dil tarixdir, mənəviyyatdır, Azərbaycan xalqının varlığı və Azərbaycan adlı müstəqil dövlətin əsas simvoludur, Azərbaycan dili Azərbaycan xalqının mənəviyyat bayrağıdır. Doğma ana dilimiz daş kitabələrdən üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək bugünki səviyyəyə gəlib çatmışdır. Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn, Xətai qılıncından sıyrılıb çıxan dilimiz həzin ana laylası ilə canımıza, qanımıza hopmuşdur. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımız, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür.  Yaşa ana dilim, dillər içində !

Foto Qalereya