2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
26 Fevral , 2018

26 fevral tarixində Sabunçu rayon MKS-nin 2 №li kitabxana filialında  Xocalı Soyqırımının 26-cı ildönümü ilə əlaqədar 10 saylı peşə məktəbin şagirdləri ilə birlikdə  “Xocalı-Son gecənin fəryadı” başlıqlı sərgi düzəldildi və tədbir keçirildi.

Tədbiri giriş sözü ilə 10 saylı peşə  məktəbinin direktor müavini S. Ağayeva açdı:

Xocalı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Xocalı faciəsindən 26 il keçir. Əhalisi qətlə yetirilən, itkin düşən, əsir və girova çevrilən qədim bir Azərbaycan şəhərinin özü–Xocalı şəhid olmuşdu. Xocalı Soyqırımı bizi tarixi keçmişimizə yenidən nəzər salmağa və acı həqiqətləri bir daha xatırlamağa və xatırlatmağa sövq edir. Bir vaxtlar “dünyanın ən humanist ordusu” sülh ordusu adlandırdığımız sovet ordusu 106 qadına, 70 qocaya, 63 uşağa öz gücünü və qüdrətini göstərdi. Nə idi bu qədər qəddarlığın, vəhşiliyin səbəbi?

Xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq. Əsrlər keçəcək, yeni-yeni  nəsillər gələcək, amma bu izin üstünü heç zaman  nə daş–kəsək, nə də ot alaq basa bilməyəcək. Dünyanın hansı qitəsindən baxılsa da bu faciənin rus erməni cəlladlarının əli ilə törədilmiş ah-naləsi, iniltisi, fəlakəti aydın görünəcəkdir. Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad edərkən biz nə qədər kədərlənsək də gələcəyə nikbinliklə baxır, bu faciəni törədənlərin öz cəzalarını alacaqlarına inanır, torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü gözləyirik.

Foto Qalereya