2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
7 Mart , 2018

7 mart tarixində Sabunçu rayon MKS-inin 2 saylı filialında Beynəlxalq Qadınlar günü münasibəti ilə kitabxanada “Qadın - Zəriflik, gözəllik rəmzi” başlıqlı sərgi düzəldildi, 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə söhbət keçirildi. Söhbəti giriş sözü ilə məktəbin direktor müavini S.Ağayeva açdı: “Əziz qadınla - hamınızı bayram münasibəti ilə təbrik edirəm. Qadınlar həyatın mənası , bəzəyi və əbədi gözəlliyidir. Ülvilik zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı həmişə ölkəmizdə uca tutulmuşdur. Ulu tanrı həyatı qadınla daha da bəzəmiş, onu analıq kimi bir vəzifə ilə şərəfləndirmiş, yaradıcı insanlara ilham mənbəyi , sevdikləri həyat yoldaşlarına arxa, dayaq, qürur mənbəyi etmişdir. Bu gün Azərbaycan qadını milli mənəvi dəyərlərin daşıyıcısı, qoruyucusu və təbliğatçısıdır.Son illər ölkəmizin müstəqil dövlət kimi inkişaf edərək dünya dövlətləri sırasında özünün layiqli yerini tutması və tanınmasında qadınlarımızın gördükləri işlər danılmazdır. Bu gün Azərbaycan qadını özünün yüksək intellektual səviyyəsi, biliyi ilə dünya arenasında, mötəbər məclislərin tribunalarında sözünü deməkdədir.

        Bayramınız mübarək əziz qadınlar.

Foto Qalereya