2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
9 Mart , 2018

9 mart tarixində Sabunçu rayon MKS -nin 2 saylı filialında xalq şairi Cabir Novruzun 85 illiyi münasibəti ilə “Sağlığında qiymət verin insanlara” başlıqlı sərgi düzəldildi və sərgi qarşısında söhbət keçirildi. Söhbəti giriş sözü ilə böyük kitabxanaçı A. Əliyeva açdı:

Bir vaxt bu dünyada mən olmayanda

Məni taparsınız şerlərimdə

Ləyaqətli bir ömrün sahibi, yaradıcılığı ilə ədəbiyyatımızın yeni səhifələrini yazmış xalq şairi Cabir Novruzun 85 yaşı tamam oldu. C.Novruz poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri–mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. C.Novruzun şerləri, poemaları əsrimizi, müasirlərimizi düşündürən aktual problemlərə-insan ömrünün mənasına, müharibənin bir nəslin taleyinə vurduğu yaralara, günü–gündən çiçəklənən ölkəmizin qüdrətinə, zəhmət adamlarının mənəvi dünyasına yazılmış nəğmələrdir, himnlərdi. Ədəbiyyatımızda və yaddaşımızda daim yaşayan C.Novruz həmişə şerlərindən boylanacaq.

Foto Qalereya