2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
14 Mart , 2018
14 mart tarixində Sabunçu rayon MKS -nin 2 saylı filialında xalq yazıçısı Anarın anadan olmasının 80 illiyi münasibəti ilə 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə “Anar və müasir dövrümüz” adlı dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə filial müdiri T.İsmayılova açdı:       
Bu gün Azərbaycanın xalq yazıçısı Anarın 80 yaşı olur. Anarın istər bir yazıçı kimi, istərsə də ictimai və mədəniyyət xadimi kimi məhşur olması, tanınmasının sirri onun müasirliyində - yəni zamanla bahəm yaşaması, onu duyması zamanın sözünü deməsindədir. Anar yaradıcılığı milli insan, milli cəmiyyətlə yanaşı Azəbaycan dövlətçiliyinə son dərəcə bağlı, milli dövlətçilik ideyalarını qoruyan və təblığ edən bir yaradıcılıqdır. Anar həmişə olduğu kimi bu gün də Azərbaycanın mənəvi - siyasi mövqeyini ləyaqətlə qorumaq missiyasını davam etdirməkdədir.  Dünya və Azərbaycan mədəniyyəti irsinə, onun ədəbi - fəlsəfi, bədii - estetik, dini - tarixi dəyərlərinə dərindən bələd olan Anar milli mədəniyyətimizi Şərq və Qərb mədəniyyətləri sintezində təsəvvür etməyə imkan verən bir sənətin yaradıcısıdır. Böyük Qırğız sənətkarı Çingiz Ayltmatovun deyimincə: ” öz ədəbi dinastiyasını yaratmış Anarın " ruhu və susmaz qələmi onun müdrik, barlı yaşında bundan sonra da çiçəklənəcək, mədəniyyətimizi əvəzsiz incilərlə zənginləşdirəcəkdir.”