2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
17 May , 2019

17 may tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS – nin 2 saylı filialı Laçın rayonunun işğalı günü ilə əlaqədar 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə “Laçın – Əsir torpağım” başlıqlı sərgi düzəldib və söhbət keçirib .

İlk öncə söhbəti abonement bölməsinin müdiri S.Əliyeva açaraq şagirdləri məlumatlandırıb ki, 1992-ci il xalqımızın tarixinə ağır bir il kimi daxil olmuşdur. Dağların ətəyində yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmən tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşüb.. 1992-ci ildən Laçın rayonu erməni daşnaqlarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə yaşayırlar və inanırlar ki, , işğal altındakı bütün ərazilərimiz, o cümlədən Laçın rayonu düşmən tapdağından azad ediləcək.

Sonra siistem inzibatçısı M.Məmmədova sərgi qarşısında Laçının tarixi abidələrindən və əsrarəngiz təbiətindən danışaraq, cənnətməkan Laçın haqqında bir daha şagirdləri məlumatlandırıb.

Belə tədbirlərin keçirilməsində məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun artırılması, , eyni zamanda qədim tarixi diyarımız olan Laçının işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır .


Foto Qalereya