2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
19 İyun , 2019
19 iyun tarixində Bakı Şəhər Mədəniyyət Baş İdrəsinin Sabunçu rayon MKS – nin 2 saylı filialı 7 saylı bağçanın məktəbəqədər uşaqları ilə birlikdə “Əlvida bagça”adlı tədbir keçirib.

İlk öncə  bağçanın müdiri C.Abdullayeva məktəbə qədəm qoyacaq uşaqları təbrik edərək qeyd edib ki, həyatımıza bəzək, ömrümüzə sevinc olan körpələr gələcəyimiz, xoş sabahımızdır. Uşaq qədər məsum, təmiz, sevimli varlıq yoxdur. Onlar daim böyüklərin qayğısına ehtiyac duyurlar. Ona görə də uşaqlara, körpələrə diqqət hər birimizin borcudur. Bu, humanist və ədalətli cəmiyyətin yaranması üçün zəruri şərtlərdən biridir. Uşaqların böyük himayədarı olan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. Uşaqlarımız yüksək səviyyədə tərbiyə olunsun, Azərbaycanın layiqli vətəndaşı kimi böyüsünlər.

Söz tərbiyəçlərə verildi. Onlar da uşaqları məktəbə getmələri münasibəti ilə təbrik edərək, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzuladılar.. 
Tədbirdə iştirarak edən uşaqlar  Vətənə, anaya, müəllimə, ana dilimizə aid şeirlər söyləyiblər. Azərbaycan bayrağı haqqında mahnılar, dünya xalqlarının rəqslərindən nümunələr ifa etdilər. Uşaqların iştirakı ilə hazırlanmış bir neçə kompozisiya nümayiş etdirilib. Tədbirdə uşaqların ifasında milli rəqslərimizlə yanaşı əcnəbi rəqs nömrələri də maraqla qarşılanıb.

Tədbirdə iştirak edən valideynlər Cəmilə xanıma və Məhəbbət müəlliməyə ürək sözlərini söyləyiblər.






Foto Qalereya