2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
25 İyun , 2019

25 iyun tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-inin  2 saylı filialı Azərbaycan Milli Ordusunun yaradılması günü ilə əlaqədar olaraq 7 saylı bağçanın uşaqları ilə birlikdə “Azərbaycan ordusu vətənin iftixarıdır” başlıqlı sərgi və  söhbət  keçirib.

İlk öncə Məhəbbət müəllimə uşaqlara Azərbaycan ordusu haqqında ətraflı məlumat verərək qeyd etdi ki, iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün artıq neçə ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

Çıxışlarda qeyd olundu ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var.  Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. Ordumuzda xidmət edənlərin əksəriyyəti gənclərdir. Gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır. 

100 illik tarixi olan Azərbaycan Ordusu tezliklə işğal altındakı torpaqlarımızı azad edəcək. Ordumuz buna qadirdir. Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir.

Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar.

Siz də böyüyəndə vətəni sevin, vətənə layiq övladlar olun!

Sonra söz uşaqlara verildi. Onlar ordu və vətən haqqında şeirlər söylədilər.

 

Foto Qalereya