2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
4 İyul , 2019
4 iyul tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-inin  2 saylı filialı  kitabxananın fəal oxucuları ilə  “Sevdiym nağıl qəhrəmanları” adlı  söhbət keçirib.
İlk öncə sistem inzibatçısı M.Məmmədova balaca oxucularla nağıllar haqqında söhbət edərkən qeyd etdi ki, kitab oxuyan, nağılların təsiri ilə böyüyən uşağın söz ehtiyatı zəngin, nitqi isə rəngarəng olur. İnsanın bütün həyatı boyu əldə etdiyi onun qazancı hesab edilir. Nağıllar uşağın nitqinin formalaşmasında mühüm rol oynayaraq onda söz ehtiyatını artırır. Bundan başqa nağıllar insanın bir şəxsiyyət kimi formalaşmasında, düşdüyü çətin vəziyyətlərdə necə çıxış yolu axtarmasında da mühüm rol oynayır. Elə "Cırtdan"ın nağılında da uşaqların həmrəyliyi, çətin vəziyyətdən necə xilas olmaları öz əksini tapır. Nağıllar vasitəsi ilə azyaşlılarda pis insanlara, pisliklərə qarşı nifrət hissi yaranır.
Nağılları kim xoşlamır? Hansımızın nağıl qəhrəmanımız yoxdur? Kim hansı nağıl qəhrəmanına oxşamaq istəyir?  Uşaqlarla sorğu apararaq onların fikirlərini öyrəndik. Bəzən uşaqlar məsləhəti sevmir, amma nağıllara qulaq asarkən hansısa mənfi əməlini mütləq o nağılda tapa biləcək. Özünü o nağıldakı qəhrəman və ya obrazın yerində hiss edəcək. Əməllərini götür-qoy edəcək.
Sonra uşaqlara “Hiyləgər tülkü”, "Zalım padşahla oğlu”, "Beş qardaş” nağılllarını oxudu, uşaqları maraqlandıran suallara cavab verdi. 
Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. 
Foto Qalereya