2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
12 İyul , 2019

12 iyul tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-inin 2 saylı filialı kitabxananın fəal oxucuları ilıə birlikdə Milli Qəhrəman Aqil Məmmədov haqqında “Bir gəncin acı taleyi” adlı söhbət keçirib.

İlk öncə abonement bölməsinin müdiri  S.Əliyeva Milli Qəhrəman Aqil Məmmədov  haqqında ətraflı danışaraq oxuculara məlumat verib ki, Aqil Məmmədov-Qarabağ müharibəsi iştirakçısı, 7 avqust 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İllər ötəcək, zaman keçəcək, həyata yeni yeni nəsillər gələcək. Lakin XX əsrin sonuna yaxın yaşadığımız illərdə düçar olduğumuz faciələrin ağrı-acısı və bu faciələrə mərdliklə sinə gəlib hünər, məharət göstərmiş, Vətən yolunda, Ana torpaq uğrunda özünü şəhid etmiş, öz doğma xalqına əsil sədaqət nümunəsi göstərmiş insanların qəhrəmanlığı, mərdliyi heç zaman unudulmayacaq. Həmişə minnətdarlıq hissi ilə xatırlanacaqdır ki, 1990-cı il "Qara yanvar”ında və 1988-ci ildən başlayan "Qarabağ müharibəsi”ndə həlak olanlar müqəddəs amal naminə, milli mənlik, milli varlıq naminə öz canlarını, qanlarını  fəda etməkdən çəkinməmişlər.

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə insanımız iştirak etmiş və şəhidlik zirvəsinə qalxmışdır. Bu gün ölkəmizin qorunmasında, saxlanılmasında, müstəqil dövlət kimi yaşamasında və inkişaf etməsində Milli Qəhrəmanlarımızın böyük rolu olmuşdur. Məhz bu səbəbdən də hər bir azərbaycanlı onları öyrənməli, tanımalı, sevməli, onların xidmətlərini daim xatırlamalı, qiymətləndirməli, tanıtdırmalı, bugünkü və gələcək nəsillərimizə örnək olan ömürlərindən dərs almalı, onlara minnətdar olmalıdır.

Milli Qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir, çünki onların həyat yolu bizi qələbəyə aparan yoldur! Bu torpağın hər bir qarışı bizim üçün candan əzizdir. Çünki bu torpaq hər bir qarışı üçün canından keçmiş, nanəcib düşmənlərimizə, bədnam qonşularımıza qarşı ölüm-dirim çarpışmalarında şəhid olmuş ata-babalarımızın qanından yoğrulmuşdur.

Foto Qalereya