2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
1 Avqust , 2019

31 iyul tarixində  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS – nin 2 saylı filialı  Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibəti ilə kitabxananın fəal oxucuları ilə birlikdə  “Ana dilim –yaşa dilim” başlıqlı sərgi və söhbət keçirib.

İlk öncə  filialın müdiri  T. İsmayılova oxuculara dil haqqında ətraflı məlumat verərək  qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Dil millətin simasını səciyyələndirən amillərdən biri onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

 "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur" - söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Dil söz sərvətinin yaradıcısıdır. Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.

Ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur.
Ölkə Prezidentinin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, Dünya Azərbaycanlılarının Həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması hər bir müstəqil Azərbaycan vətəndaşının  müqəddəs borcudur. 

Sonra  oxucularla sərgiyə baxış keçirilib.

Foto Qalereya