2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
22 Avqust , 2019
22 avqust tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS–nin 2 saylı filialı Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının işğalı günü ilə əlaqədar olaraq kitabxananın fəal oxucuları ilə “Unudulmayan dərdlər” başlıqlı sərgi qarşısında söhbət keçirib.
İlk öncə söhbəti Cəbrayıl sakini S.Məmmədova açaraq Cəbrayıl , Füzuli haqqında ətraflı danışaraq qeyd etdi ki, 23 avqust 1993 – cü il Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür. Cəbrayıllılar qəlblərində, yaddaşlarında kök salmış xatirələrlə yaşayırlar. Hamımız bilirik ki, doğma torpaqsız, doğma od-ocaqsız yaşamaq nə qədər çətin və dözülməzdir.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
Cəbrayıl və Füzuli rayonlarının işğalı Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun Qubadlı və Zəngilanın faktiki mühasirəyə düşməsinə səbəb oldu.
Sonra şöbə müdiri E.Məmmədova danışaraq qeyd etdi ki, uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu. 1988-ci ildən bu torpaq uğrunda qəhrəmancasına vuruşan, yüzlərlə şəhid verən Qubadlının 30 mindən çox əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində işğal altındakı Azərbaycan torpaqları, düşməndən tezliklə azad ediləcək və respublikamızın ərazi bütövlüyü bərpa olunacaq.
Foto Qalereya