2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
16 Sentyabr , 2019
16 sentyabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS – nin  2 saylı filialı Bilik günü münasibəti ilə 170 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə  “Qüvvət elmdədir ” başlıqlı sərgi və söhbət keçirib.

Abonement bölməsinin müdiri Sevinc Əliyeva bilik günü haqqında məlumat verərək  qeyd etdi ki, bu gün respublikamızın hər yerində Bilik günü qeyd edilir, bütün təhsil və tədris müəssisələrində ilk günün sevinci yaşanır. 15 sentyabr bütün şagird və tələbələr və həmçinin onların valideynləri üçün bayram günüdür. Bu gün, məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür..

Bilik günü münasibətilə bütün müəllimləri və şagirdləri, xüsusən də bu il birinci sinfə getməyin həyəcan və sevincini yaşayan gözəl balaları və onların valideynlərini ürəkdən təbrik edirəm. Yeni dərs ilində sizlərə yaxşı oxumağı, güclü biliyə yiyələnməyi,vətənə layiqli övlad olmağı, müəllimlərin və böyüklərin sözünə qülaq asmağı arzulayıram.  


Foto Qalereya