2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
18 Sentyabr , 2019
18 sentyabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS – nin  2 saylı filialı Milli Musiqi günü münasibəti ilə 170 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə “Azərbaycan musiqisinin tacı Ü.Hacıbəyov” başlıqlı sərgi və söhbət keçirib. Şöbə müdiri  Elmira Məmmədova  Ü. Hacıbəyov haqqında ətraflı danışaraq şagirdləri məlumatlandırıb ki, bu  gün dahi Ü.Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir.

Məktəbin müsiqi müəllimi M. Əliyeva eyni zamanda onu da qeyd etdi ki, bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
Sonra sərgiyə baxış keçirildi.

Foto Qalereya