2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
20 Sentyabr , 2019
20 sentyabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı Neftçilər günü münasibəti ilə  Balaxanı Əməliyyat Şirkətinin işçilərini kitabxanaya dəvət edərək  “Neft əsrin sərvətidir ”  başlıqlı sərgi və söhbət keçirib. 
Nəbiyeva Ləfifə bizi məlumatlandırdı ki, Neftçilər günü neft - qaz sahəsində çalışanların peşə bayramı. 1994-cü il sentyabrın 20 – si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.

Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar diyarı” kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət
yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur. İbrahimova Səadət onu da qeyd etdi ki, Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları – böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar.
İsmayılova Türkinaz Azərbaycan neftçilərini peşə bayramı günü münasibəti ilə təbrik edərək onlara uzun ömür, can sağlığı arzuladı və sonda sərgyə baxış keçirilib.

Foto Qalereya