2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
7 Oktyabr , 2019

Oktyabrın 7- də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi ilə əlaqədar  “Hüseyn İbrahimov – 100”  adlı söhbət keçirib.

Filialın müdiri Türkünaz İsmayılova yazıçı haqqında ətraflı məlumat verərək şagirdləri məlumatlandırıb ki, xalq yazıçısı Hüseyn İbrahimov yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı ilə ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətləri ilə seçilən, nəzərə çarpan məhsuldar yazıçı kimi xüsusi hörmət və nüfuz qazanmışdır. Maraqlı hekayələri, povestləri və romanları ilə o, Azərbaycan ədəbiyyatına sanballı töhfələr vermişdir.Onun yaradıcılığında Azərbaycan mədəniyyətinin görkəmli simalarının işıqlı obrazları parlaq bədii təcəssümünü tapmışdır. . Hüseyn İbrahimovun bədii yaradıcılığı xalq dilinin zəngin söz, hikmət xəzinəsidir.

Hüseyn İbrahimov "Ədəbiyyat milli sərvətdir" adlı məqaləsində yazırdı: "Yaradıcılığa başladığım gündən ədəbiyyata bir həyat fənni kimi baxmışam. Fikirləşmişəm ki, ədəbiyyatı təkcə şagirdlər, tələbələr, ziyalılar deyil, bütün xalq, millət oxuyur, öyrənir". Hüseyn İbrahimovun tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində əhəmiyyətli rol oynamışdır.

Görkəmli ədib bu gün cismən aramızda yoxsa da, həyat nəfəsli, yüksək qayəli əsərlərilə yenə həmin böyük məqsədə xidmət edir. Tanınmış yazıçı, gözəl jurnalist və səmimi insan Hüseyn İbrahimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Foto Qalereya