2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
23 Sentyabr , 2019

23 sentyabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı fiılialı şair, publisist Ülvi Bünyadzadənin 50 illiyi münasibəti ilə 170 saylı məktəbin şagirdləri ilə birlikdə “ Milli qəhrəmanlıq zirvəsi” adlı söhbət keçirib.

İlk önçə abonement bölməsinin müdiri Sevinc Əliyeva şagirdlərə Ülvü Bünyadzadənin olduqca vətənpərvər, cəsarətli bir gənc olduğunu və 1990-cı ildə Bakıda baş vermiş Qanlı 20 Yanvar faciəsi zamanı şəhid olduğunu söylədi və şəhidimizin “Xalqımız yaşasın, parçalanmış torpağımız birləşsin” amalına xidmət etdiyini dedi.

20 Yanvar gecəsinin 20 yaşlı şəhid şairi kimi tanıdığınız Ülvi Bünyadzadə yaşasaydı, bu il 50 yaşı olacaqdı. Ancaq o, yaddaşlarda həmişəlik 20 yaşlı cavan şair kimi qaldı. Ölümü ilə ölməzliyə yol açdı, adını bir millətin tarix salnaməsinə yazdı. Onun adı bu gün ən vətənsevər, mübariz insanların adı ilə birgə, yanaşı çəkilir. Uyuduğu Şəhidlər xiyabanı isə təkcə mənsub olduğu xalqın yox, həm də Azərbaycana üz tutan ən ali qonaqların ziyarət yerinə çevrilib.

Sonra sinif müəlliməsi Cəfərova Samura Ülvi Bünyadzadənin milli azaqdlıq uğrunda mübarizə əzmindən və onun bədii yaradıcılığından danışaraq dedi ki,, Ü.Bünyadzadə günümüzə qədər yaşasaydı öz dövrünün məşhur ziyalı yazıçılarından biri olardı.

Eyni zamanda şəhidliyin ən yüksək zirvə olduğunu və Ü. Bünyadzadə timsalında digər şəhidlərimizin şücaət və qəhrəmanlıqlarından bəhs etdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Foto Qalereya