2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
13 Mart , 2020

Martın 13–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı Xalq Artisti Bəşir Səfəroğlunun 105 illiyi ilə əlaqədar kitabxananın fəal oxucuları ilə birlikdə “Qəm dolu ürəyin gülüşü” adlı söhbət keçirib.
Şöbə müdiri E.Məmmədova oxucuları Bəşir Səfəroğlu haqqında ətraflı məlumatlandıraraq qeyd edib ki, Azərbaycan teatr və kino sənətinin görkəmli simalarından biri, bənzərsiz gülüş ustası, xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 95 il ötür. Bəşir Səfəroğlu istedadlı kino aktyoru kimi də yaddaqalan obrazlar yaratmışdır. Qısa, lakin mənalı ömür yaşamış unudulmaz gülüş ustasının parlaq yaradıcılığı layiqincə qiymətləndirilmişdir.
Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı, xarakterik satira obrazlarına psixologizm aşılamaqda səriştəli hesab edilən Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.
Şöhrətli sənətkar yaradıcılığının çiçəkləndiyi bir vaxtda-1969-cu il martın 23-də dünyasını dəyişmişdir.
Fəxri Xiyabanda özünə əbədi ünvan tapmış ünlü səhnə ustasının vəfatından uzun illər keçməsinə baxmayaraq, yaratdığı ölməz obrazlarla o, bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır.

Foto Qalereya