2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
6 Mart , 2020
Martın 6–da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı Beynəlxalq Qadınlar günü münasibəti ilə “Qadınlar cəmiyyətin mənəvi dayağıdır” adlı söhbət keçirib.
Filialın müdiri T.İsmayılova filialın işçilərini təbrik edərək qeyd edib ki, Sizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə xoşbəxtlik, möhkəm can sağlığı və müvəffəqiyyətlər diləyirəm. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq etmişdir.
Qədimdən Azərbaycanda qadına–anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Bayramınız mübarək əziz qadınlar!
Foto Qalereya