2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
5 Mart , 2020

Martın 6–da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı Beynəlxalq Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə fəal oxucularla “Bayrağımızı zirvəyə qaldıranlar” adlı söhbət keçirib.
Abonement bölməsinin müdiri S.Əliyeva oxucuları məlumatlandıraraq qeyd edib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Eyni zamanda oxuculara Azərbaycan Bayrağını daima yüksəkliklərə qaldıran idmançılarımızdan danışıb, onların hansı idman növünü sevmələrini öyrənib, idmanın sağlamlığımızda nə qədər böyük təsiri olduğunu qeyd edib.
Biz idmançılarımızla fəxr edirik!

Foto Qalereya