2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
17 Fevral , 2020
Fevralın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı Xocəvənd rayonunun Qaradağlı kəndinin işğalı günü ilə əlaqədar 10 nömrəli peşə məktəbinin şagirdləri ilə “Yurd nisgili” adlı söhbət keçirib.

İlk öncə Qaradağlı şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Filialın müdiri T.İsmayılova şagirdləri məlumatlandıraraq qeyd edib ki, Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan tərəfindən işğal edilməsindən və kənd sakinlərinin soyqırımına məruz qalmasından 28 il ötür. 1992-ci il fevralın 17-də erməni millətçiləri keçmiş sovet ordusunun 366-cı alayının köməyi, Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törədiblər. 4 il erməni işğalçılarına qarşı mübarizə aparan Qaradağlı kəndində Qarabağ müharibəsinin ən dəhşətli faciələrindən biri yaşanıb. Erməni quldurlar 1992-ci il fevralın 17-də kəndi işğal edərək yandırıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Kəndin 91 sakini amansızcasına qətlə yetirilib, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Vətəni kömək olmadan müdafiə edən qaradağlılar doğma yurdun hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar. Qaradağlıda və Yuxarı Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırımı və dağıntılar xalqımızın qan yaddaşına əbədi yazılaraq heç vaxt unudulmamalıdır”.
Foto Qalereya