2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
2 Mart , 2020
Martın 2–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı Azərbaycanın BMT-yə qəbul olunması münasibəti ilə 170 nömrəli məktəbin şagirdləri ilə birlikdə söhbət keçirib.

Sistem inzıbatçısı M.Məmmədova şagirdlərə məlumat verib ki, Azərbaycanın BMT-yə qəbul olunmasından 28 il ötür. Birləşmiş Millətlər Təşkilatı suveren dövlətlər qurumudur. Bu dövlətlər bütün dünyada sülhə nail olmaq, bütün millətlər arasında dostluq münasibətlərini təşviq etmək, iqtisadi və sosial tərəqqiyə dəstək vermək üçün BMT-yə könüllü surətdə üzv olmuşlar. BMT dünyanın, faktiki olaraq, bütün xalqlarını bir araya gətirən forumdur, görüş yeridir. O xalqlara ayrı-ayrı mübahisələrin və ya problemlərin həlli yollarını tapmağa və bəşəriyyətin narahatçılığına səbəb olan istənilən məsələ ilə bağlı tədbir görməyə kömək edən bir mexanizm təqdim edir.
Tarix müəllimi R.Quliyeva onu da əlavə etdi ki, Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib.
Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda daim islahatların aparılmasının zəruriliyi bildirir. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir.
Sonra şagirdlərin sualları cavablandırıldı.
Foto Qalereya