2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
14 Fevral , 2020
Fevralın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı 7 saylı bağçanın uşaqları ilə “Nağıllar aləminə səyahət” mövzusunda söhbət keçirib.

Sistem inzibatçısı M.Məmmədova uşaqlara nağıllar haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan şifahi xalq yaradıcılığının bir qolu olan nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji, estetik tərbiyyəsində çox böyük rolu var. Eyni zamanda nağıllar bütün dünya uşaqlarının ana laylasından sonra birinci kitabıdır. Bu kitablarda hər bir uşağın kövrək dünyasına xeyirli və şərli, ağıllı, müdrik və cəsarətli möcüzələrlə dolu olan bir aləm açılır. Nağılın uşaqlar üçün hər zaman maraqlı olduğunu qeyd etdi.
Sonra uşaqların marağına səbəb olan nağıllardan danışıb, onları müxtəlif nağıl və şəkilli kitablarla tanış edib. Nağıl qəhrəmanlarına aid sual cavab keçirib.
Sonda uşaqlar bildikləri nagıllardan danışıblar, nağıllardakı şəkillərdən müxtəlif fiqurlar düzəldiblər.

Foto Qalereya