2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
28 Fevral , 2020
Fevralın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə 170 nömrəli məktəbin şagirdləri ilə "Mülki müdafiənin məqsədi və həyati əhəmiyyəti” adlı söhbət keçirib .

Məktəbin hərbi müəllimi K.Qocayev şagirdlərə FH-lar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarından, fövqalədə hallar baş verdikdə insanların fəaliyyətindən, onların hadisə zamanı xilasetmə işlərindən , MM-nin rolu və fəaliyyəti, mahiyyəti, MM üzrə əleyhqazların növləri və istifadə qaydalarından ətraflı məlumat verərək qeyd etdi ki, hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinə, insanların və onların əmlakının xilas edilməsinə, təhlükəsizliyin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltmək, eyni zamanda əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsi olmuşdur..
Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
Sonra şagirdlərə MM və hər hansı bir yerdə ilk yardım göstərilməsinı əyani göstərib, onların sualları cavablandırılıb.
Foto Qalereya