1 saylı şəhər kitabxana filialı (Gənclər kitabxanası)

1 saylı şəhər kitabxana filialı
Tədbirlər
18 Fevral , 2016
Salyan rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Elektron kitabxanada xalq şairi Nəriman Həsənzadənin 85 illiy yubleyi ilə əlaqədar “Bir şair ömrünü yaşatmaq üçün, bir insan ömrünü girov qoymuşam” adlı tədbir keçirildi. “O,bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir”,bu sətirləri mərkəzin əməkdaşı Azərbaycan şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr olunan “dəyirmi masa”da səsləndirilib. Natiq çıxışında şairin həyat və yaradıcıllığndan geniş söhbət açaraq Nəriman Həsənzadə haqqında, böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir vurğulayaraq tədbir iştirakçılarına çatrıb. Ümumtəhsil məktəblilərinin, kitabsevərlərin iştirakı ilə keçirilən “dəyirmi masa”da qeyd olunub ki, Nəriman Həsənzadə poeziyası oxucuda dərin maraq oyadan poeziyadır. Tədbirdə çıxış edən kitabxananın əməkdaşı şairin gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinə köçürərək daim axtarışda olduğunu tədbir iştirakçılarının nəzərinə çatrıb. Onun poeziyasının sehrinə düşən hər kəs Nəriman Həsənzadənin nəyə qadir olduğunu yaxşı anlayır. Əlinə qələm alandan ümidlərini şeh kimi misralara ələyərək onu çiçək, gül ətrində təqdim etməyi bacaran xalq şairi Nəriman Həsənzadə yazlı-payızlı ömrünün 85-ci ilini tamamlamaqdadır. Öz sözləri ilə desək: “İnsan ömrünün təkcə ili yox, anı da tarixi bir hadisəymiş.”
Bir şair ömrünü yaşatmaq üçün
Bir insan ömrünü girov qoymuşam, 
misraları ilə Nəriman müəllim 85-illik ömründə qazandığı bu keyfiyyətlərlə bu nuru daşımış, çətin, ağır, şərəfli yaradıcılıq yükünü sənətin pillələri ilə məxsus olduğu yüksəkliyə qaldıra bilmişdir. Tədbirdə həmçinin QHT-nin Uşaq və Gənclər Xeyriyyə Fondunun sədri İbrahimov Nəbi və Qələbə redaksiyasının jurnalisti Əzizağa Məmədli çıxış edərək şair haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin sonunda şairin şəxsi həyatı haqqında “Bir sevgi tarixçəsi” adlı videoçarx nümyiş olunub.