1 saylı şəhər kitabxana filialı (Gənclər kitabxanası)

1 saylı şəhər kitabxana filialı
Tədbirlər
22 Aprel , 2016
Salyan rayon 1 saylı şəhər klublarının təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı vətənpərvərlik mövzusunda tədbir keçirildi. Tədbir ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlandı. Çıxış edən 1saylı şəhər klubunun müdiri Quliyeva Nuriyyə aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb. Bildirib ki, dörd günlük savaşda düşmən Ordumuzun qüdrəti qarşısında vahiməyə düşdü. İşğalçı ermənilər bir daha əmin oldular ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir. Çıxışlarda tədbir iştirakçılarına Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdəki şücaətindən fəxarətlə bəhs edilib. Əminliklə bildirilib ki, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı bütün torpaqlarımız tezliklə azad olunacaq. Tədbirin sonunda ümumtəhsil məktəb şagirdlərinin ifasında şəhidlik zirvəsinə yüksəlmiş oğullarımıza həsr edilmiş şeirlər söylənib.