1 saylı şəhər kitabxana filialı (Gənclər kitabxanası)

1 saylı şəhər kitabxana filialı
Tədbirlər
11 Avqust , 2016
Heydər Əliyev Muzeyinin yaranmasının 10 ili tamam olur. Ulu öndərimiz Heydər Əliyevə ümumxalq məhəbbətinin təcəssümü olaraq 2005- ci ildən etibarən Respublikamızın şəhər və rayonlarında ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən “Heydər Əliyev” muzeyləri yaranmağa başladı. 
Salyan rayon Heydər Əliyev Muzeyi 10 avqust 2006- cı il möhtərəm prezidentimiz İlham Əliyev və xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı keçirilib fəaliyyətə başlamışdır. 
Heydər Əliyev Muzeyi fəaliyyətə başladığı gündən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini dərindən tədqiq edərək təbliğat işləri aparır. Muzey öz fəaliyyətini illər ərzində genişləndirərək, öz nəznində müxtəlif dərnəklər, kitabxanalar və xarici dil kursları yaradılmasına nail olmuşdur.
Heydər Əliyev Muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını, habelə yerlərdən daxil olan çoxsaylı müraciətləri əsas tutaraq nazirliyin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri “ Heydər Əliyev Mərkəzi” adlandırılmışdır.
Salyan rayon Heydər Əliyev Mərkəzi 4 sentyabr 2013- cü il möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə açılıb istifadəyə verilidi. Mərkəzin Ümumi sahəsi 1479 m2- dir. Mərkəzdə 2 ekspozisiya zalı, elektron kitabxana, şahmat, rəqs, rəsm və xarici dil dərnəkləri fəaliyyət göstərir. Mərkəzin ekspozisiya zallarında 9 bölmə, 17 mərhələ üzrə 177 şəkil 22 adda sənəd nümayiş olunur. Ümumilikdə Mərkəzin fondunda 575 eksponat qorunub saxlanılır.
Muzeyin 10 - cu il dönümü ilə bağlı 1 saylı tam orta məktəbin 11 - ci sinif şagirdi Səltənət Ağabəylinin də fərdi rəsm sərgisi təşkil edilmişdi. Tədbirdə rayon ictimaiətinin nümayəndələri , Heydər Əliyevlə görüşmüş şəxslər iştirak edirdilər.
Onlardan : Cəbrayılov Böyükkişi Teymur oğlu ( Frunze kalxozunun sədri.(Marışlı kəndi) 1965 – 1982 – ci illər) , Şabanov Bəhlül Cəmil oğlu (Oktyabr kalxozu,( Qaraqaşlı kəndi) briqadir “Azad partiya” təşkilatının sədri.) , Əsədov Həsrət Əsəd oğlu (Frunze kalxozu (Marışlı kəndi) briqadir, “Komsomolçu Gənclər” briqadasının başçısı 1969-1996 – cı illər), Rəhmanova Zeynəb (Kürqaraqaşlı kənd Sovetinin sədri, 1977 1987 –ci illər)
Bədəlov Əbulfət ( Salyan rayon 6 saylı tam orta məktəbinin diroktoru (1998 -ci il seçkiqabağı təbliğat kompanyası zamanı tədbrin aparıcısı), Mirzəyev Mirzə ( YAP Rayon Təçkilatının aparat rəhbəri)