1 saylı şəhər kitabxana filialı (Gənclər kitabxanası)

1 saylı şəhər kitabxana filialı
Tədbirlər
23 Fevral , 2017

Salyan rayon Heydər Əliyev Mərkəzində 26 Fevral 2017-ci il tarixində “Xocalı XX əsrin faciəsidir” adlı tədbir təşkil edilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətin başçısı Sevindik Hətəmov, icra hakimiyyəti nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak etmişdir. Mərkəzin əməkdaşı Tağıyeva Türkan öz çıxışında qeyd etmişdir ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən vəhşi və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları bir sıra məqsəd güdürdülər. Onların məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. 1992 ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ nin Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının əsgər və zabitləriylə birlikdə əhalisi 7 minə yaxın olan Xocalı şəhərinin əhalisinə divan tutaraq, şəhəri yerlə yeksan etdilər. Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 1275 nəfər əsir, Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuş, 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfə`ri dəfn olunmuşdur 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir Bu kədərli hadisənin 25 ci - ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad edilmis, Xocalı soyqırımı haqqında video çarxa baxılmışdır. Daha sonra Salyan rayon peşə liseyinin direktoru, tarix müəlliməsi Razigül Dadaşova tarixi faktlarla iştirakçılara geniş məlumat vermiş, Xocalı sakini, facianin canlı şahidi olan Təyyar Rzaquluyev həmin gecə ermənilərin və 366 ci motoatıcı alayın törətdiyi vəhşiliklərdən danışmışdır. Tədbirin sonun da ümumtəhsil məktəblilərinin ədəbi bədii kompazisiyasına baxılmışdır. Yekunda Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova cıxış edərək bundan sonrakı tədbirlərin qələbə əzmində olmasını, işğal tarixini qeyd etiyimiz ərazilərin qələbə günü qeyd etməyimizi arzulamışdır

Foto Qalereya