11 saylı Beşdəli kənd kitabxana filialı

11 saylı Beşdəli kənd kitabxana filialı
Tədbirlər
28 İyun , 2017
 Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk türkdilli qəzet – "Əkinçi"nin naşiri, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olan Həsən bəy Zərdabinin 180 illik yubleyi ilə əlaqədar olaraq Beşdəli  kənd kitabxana filialı kitab sərgisi və tədbir təşkil etdi.Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Südabə xanım yazar haqqında məlumat verdi,"Əkinçi" qəzetinin yaranma tarixindən söhbət açıldı.