30 saylı Şorsulu kənd kitabxana filialı

30 saylı Şorsulu kənd kitabxana filialı
Xəbərlər
15 Sentyabr , 2016

30 saylı  Şorsulu filial kitabxanası 15 sentyabr bilik günü münasibətilə kənd məktəbində məktəblilərlə görüşdə  iştirak etmişdir.Kitabxananın müdiri Gültək xanım məktəblilərə dərs ilində müvəffəqiyyətlər arzuladı.

15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür. 2004-cü il avqustun 21-də İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr "Bilik günü" elan edilir.Bilik günü-ilk zəng,ilk həyəcan,hər tərəfdə gül-çiçək və ağ lentlər və təbii ki,adəti üzrə,sülh,birlik haqqında dərslər.Bu gün,məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür..15 sentyabr-ilk öncə şagirdlər,tələbələr,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs  üçün yeni tədris  ilinin başlandığıni qeyd etdikləri   bayram günüdür.15 sentyabr bütün şagird və tələbələr  və həmçinin onların valideynləri üçün bayram günüdür.Biz,azadqadın kollektivi olaraq,bu il məktəbə başlayan birinciləri,eləcə də bütün şagird və tələbələri,onların valideynlərini ,müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri bu gözəl bayram münasibətilə təbrik edirik  və onlara tədris müəssisələrində öyrədilənlərlə yanaşı,həyatın öyrətdiyi Kamillik elminə də yiyələnmələrini arzu-layırıq.Ümid edirik bu gün,sizlər üçün unudulmazlar sırasına öz xoş təəssüratları ilə həkk olunacaq.