34 saylı Alçalı kənd kitabxana filialı

34 saylı Alçalı kənd kitabxana filialı
Tədbirlər
21 Dekabr , 2017
Müasir nəsrimizdə müharibə mövzusunun görkəmli nümayəndələtindən biridə Süleyman Vəliyevdir.Şairin 100 illik yubleyi münasibətilə tədbir təşkil edildi.
Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azərbaycanlı döyüşçülərin Avropa müqavimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. 1939-cu ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi,əmək veteranı ,Əməkdar incəsənət xadimi , Müharibə veteranıdır.

Vəliyev Süleyman 1916-cı il dekabrın 21-də Bakı yaxınlığındakı Ramana qəsəbəsin-də fəhlə ailəsində anadan olmuşdur. Atası – Məşədi Vəli Ramana kəndinin maşılılar nəslindən idi. Sovetlərə qədər kəndin imkanlı evlərinə aid idilər. İnqilabdan əvvəl bolşevik Həmid Sultanov Ramana neft mədənlərində işlərkən onların həyətində kirayədə yaşamışdı.

S. Vəliyev Ramana məktəbində səkkiz illiyi yüksək qiymətlərlə bitirmişdi. Deyilənlərə görə uşaqlıqdan oturaq işlərə, yazıb-oxumağa, xəyalpərəstliyə meylli olmuşdur. Səkkizillikdən sonrakı təhsilini məşhur «Qulam şqolası»nda almışdır. Dövrün aparıcı məktəblərindən olan bu təhsil ocağında bilik toplamaq Süleymana ədəbi yaradıcılıqla məşğul olmaq üçün kifayət etmişdir. 30-cu illərdə neft mərkəzi olan Sabunçu rayonunun məktəbləri Mədəni İnqilabın əsas ocaqları idi. Burada ədəbiyyat, dram və musiqi dərnəkləri var idi. Sonralar S. Vəliyev bu məktəbin müdiri haqqında «Qulam müəllim» oçerkində bəhs etmişdir.

Süleyman Vəliyevin «Əmanət kassası» adlı ilk hekayəsi 1932-ci ildə «Hücum» jurnalında çap olunmuşdur. Ədəbi mühitə çox tez və asan, fəhlə kadrı kimi daxil olan Süleyman Vəliyev 1937-ci ildə hərbi qulluğa çağırılana qədər Lökbatanda çıxan az tirajlı «Neft uğrunda» qəzetində jurnalistlik fəaliyyətinə başlamışdır.

Yazıçının 21 yaşında – 1937-ci ildə yazıb çap etdirdiyi «Bığlı ağa» povesti həmin ildə «Azərnəşr»də ayrıca kitabça şəklində çapdan çıxdı. Bu Süleymanı həmişəlik ədəbiyyata bağladı, ədəbi mühitdə tanıtdı. O, bir müddət «Azərbaycan gəncləri», «Kommunist» qəzetlərinin müxbiri oldu, «İnqilab və mədəniyyət» jurnalında ədəbi işçi oldu.

1937-ci ilin payızında Süleyman hərbi xidmətə çağırıldı. 1939-cu ilin oktyabrınacan Ukraynada hərbi xidmətdə oldu. O, xidmətə başladıqdan az sonra Sovet qoşunları əvvəllər Polşa ərazisinə daxil olan Qərbi Ukrayna vilayətlərinə, Lvov şəhərinə daxil olmuşdu.

Bu zaman dostluğu təbliğ etmək üçün tanınmış yazıçı və ziyalılar Lvova ezam olunurdular. Cavan yazıçı məhz bu dövrdə görkəmli rus yazıçısı Aleksey Tolstoyla Lvov Yazıçılar İttifaqında əsgər geyimində tanış olmuş. Hərbi xidmət dövründə N.Ostrovskinin ev muzeyində olmuş, Oleksa Desiyak, Paiç Petro, Vanda Vasilevskaya ilə tanış olmuşdur.

Yazıçının hərbi xidmətdən qayıtdığı 1940-cı ilin oktyabrında Süleyman Vəliyev xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri oldu.

Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakı şəhərində 80 yaşında vəfat etmişdir. Məzarı İkinci Fəxri Xiyabandadır.