35 saylı St.Dayıkənd kənd kitabxana filialı

35 saylı St.Dayıkənd kənd kitabxana filialı
Tədbirlər
14 İyun , 2017
Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə rayon və şəhər mərkəzləşdirilmiş kitabxana sistemləri və kitabxana filialları yerlərdə "səyyar kitabxana" xidmətini davam etdirirlər. Nazirliyin və Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü olan “Açıq kitabxana” layihəsi də bölgələrdə geniş maraq doğurub.
Salyan rayon MKS-nin kitabxana filialları yeni tətbiq olunan iş üsullarından biri də yaşlı və əlil insanlara evdə kitabxana xidmətinin təşkilidir. Bu məqsədlə hər bir kitabxana filialı öz ərazisində yaşayan yaşlı və əlilləri maraqlandıran mövzuları müəyyənləşdirərək onların evlərinə kitablar aparılır. Onların arzusu ilə maraqlı kitabın ucadan oxusu da həyata keçirilir. Bu cür səyyar xidmətin təşkilində rayonun Stansiya Dayıkənd  kənd  kitabxana filialı xüsusilə fəallıq göstərir, kənddə yaşayan yaşlı nəsillə, evdar xanımlarla ,təqaüddə olan müəllimlərlə görüşlər  təşkil edir, səyyar xidmət göstərir.
Kitabxanaya yeni daxil olan bədii ədəbiyyatlar, tibbə aid kitablar və s. təqdim olunur . Əsas məqsəd MKS-nin fonduna daxil olmuş yeni kitablar, yerli yazarların əsərlərini ictimaiyyətin diqqətinə çatdırmaqdır.