45 saylı Çadırlı kənd kitabxana filialı

45 saylı Çadırlı kənd kitabxana filialı
Xəbərlər
4 Sentyabr , 2016

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır.İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram" demişdi.
Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçünəllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kim yüzlərlə nəhəng alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü iləqədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

Salyan rayon Çadırlı kənd orta məktəbində “Bilik günü”adlı tədbir keçirildi.Tədbirdə yeni ders ilinə qədəm basmış fidanlar yüksək səviyyədə qarşılandı,”tələbə” adını qazanan gənclərimizi təbrik etdilər.Tədbirdə 45 saylı Çadırlı kənd filial kitabxanasıda iştirak etdi.Məktəb kollektivini kitabxanaya cəlb etmək üçün geniş məruzə söylədi.

Kitabxana elm, mədəniyyət,tələbə adını qazanan bütün şagirdlərin bilik mənbəyidir!