45 saylı Çadırlı kənd kitabxana filialı

45 saylı Çadırlı kənd kitabxana filialı
Xəbərlər
18 Oktyabr , 2016

18 sentyabr “Üzeyir musiqi günü”dür. Bu mötəbər gün 1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən “Üzeyir musiqi günü” kimi rəsmiləşdirib. Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Üzeyir Hacıbəyovun taleyində ən möhtəşəm səhifə bir də odur ki, bəstəkar Azərbaycan Dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz, həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.

Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündən, xalqın, dövlətin isə qədirbilənliyindəndir ki, hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günləri ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində  bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır. Böyük Üzeyirin “Leyli və Məcnun” operasının yubileyi ölkəmizlə yanaşı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-da da təntənəli şəkildə qeyd olundu. Türksoy Türkiyədə keçirilən 11-ci Opera günlərini də “Leyli və Məcnun” operasının yüz illiyinə həsr etdi....Son illər Az-n musiqisi özünün ən parlaq dövrünü yaşayır. Dövlət qayğısı, həmçinin Heydər Əliyev Fondunun musiqimizin inkişafı, təbliği, tanıdılması istiqamətində gördüyü işlər böyük uğurlarla nəticələnir. Heydər Əliyev Fondunun layihələri musiqimizin təməl daşı olan muğamı artıq dünya musiqisinə çevirib. Fondun Prezidenti Mehriban Əliyevanın muğamı zirvələrə qaldırması onun mədəniyyətimiz, tariximiz qarşısında möhtəşəm xidmətidir. MəhzAzərbaycanın Birinci xanımının ciddi səyləri nəticəsində muğam YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edildi. Fondun layihələri sırasında Beynəlxalq Muğam Mərkəzinin inşası mühüm əhəmiyyət kəsb edir. Bu Mərkəz artıq ən mötəbər tədbirlərin məkanına çevrilib. Fondun təşəbbüsü və dəstəyi ilə 2009-cu ildən ölkəmizdə beynəlxalq muğam festivalları keçirilir. Və bu festivallar artıq müstəqil Azərbaycanın mədəniyyət tarixinə parlaq mədəni hadisələr kimi yazılıb.