Ə.Vahid adına kitabxana filialı

Ə.Vahid adına kitabxana filialı
Tədbirlər
10 May , 2019


Ə.Vahid adına 1 №-li kitabxana filialının əməkdaşları 173 №-li tam orta məktəbdə “Əbədiyaşar lider” adlı tədbir keçirdilər. Tədbirdə kitabxana filialının müdiri Mətanət Qasımova, kitabxanaçılar Lamiyə Quluzadə, Səidə Rəcəbova və məktəbin 3a sinif şagirdləri iştirak etdilər. Mətanət Qasımova şagirdlərə müstəqil Azərbaycan dövlətinin banisi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar məlumat verdi və qeyd etdi ki, Ulu Öndər böyük dövlət xadimi, təcrübəli siyasətçi olmaqla hər bir vətən övladı üçün örnəkdir. Şagirdlərdən Zərifə Talıblı “Ulu Öndər”, Əliheydər Quliyev “Ulu bir öndər, ulu bir sərkərdə”, Ayaz Hümbətli “Dədə Heydər” şeirlərini söylədilər.


Foto Qalereya