Musabəyov adına kitabxana filialı

Musabəyov adına kitabxana filialı
Tədbirlər
17 May , 2019



  Bu gün, 17 may tarixində Yasamal rayon MKS-inin Q.Musabəyov adına 3 №- li kitabxana filialında Laçın rayonun işğalı ilə əlaqədar gənc şair Amil Bəxtiyarla görüş keçirildi.

         Əvvəlcə  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra kitabxana filialının müdiri Arzu Xudayarova Laçın rayonu və onun işğalı haqqında məlumat verdi.

         Tədbirdə gənc şair Amil Bəxtiyar yeni nəşr olunmuş “Dərdimi yazan olaydı”adlı kitabını oxuculara təqdim etdi.

Sonra şairin  vətənpərvərlik mövzusunda yazılmış şerləri səsləndirildi. Ən yaxşı ifaçılara – 158 №-li tam orta məktəbin 8 c sinif şagirdləri Aynur Fərhadova, İlahə Quliyeva, Elena Qədirova, Zöhrə Həsənova, Rəhimə Qurbanova, Lamiyə Bayramovaya və məktəbin müəllimi Vəsilə İbrahimovaya şairin imzalı kitabları hədiyyə edildi.


Foto Qalereya