X.B.Natəvan adına kitabxana filialı

X.B.Natəvan adına kitabxana filialı
Elanlar
20 Fevral , 2019



Fevralın 21-də İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Günay” Uşaq Teatrının Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunacaq.

         Tədbir Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının ifasında, Baş İdarənin, Mədəniyyət Mərkəzinin və Yasamal rayon MKS-inin X.B.Natəvan adına 4№-li kitabxana filialının birgə təşkilatçılığı ilə hazırlanıb.

         Tamaşanın müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayalı, rejissoru, teatrın direktoru və bədii rəhbəri Larisa Tarusova, səhnə tərtibatçısı Günəş Talıblı, ideya müəllifi Aygün Zamanlıdır.