X.B.Natəvan adına kitabxana filialı

X.B.Natəvan adına kitabxana filialı
Tədbirlər
4 Aprel , 2019


 

Yasamal rayon MKS-inin X.B.Natəvan adına 4 №-li kitabxana filialı Telman Abbasov adına 225 №-li tam orta məktəbində “Aprel döyüşləri –zəfərin başlanğıcıdır” mövzusunda “məlumat saatı” keçirdi.

         İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şagirlər Aprel döyüşlərində canlarından keçən şəhidləri bir dəqiqəlik sükutla yad etdilər.

          Filialın əməkdaşı Hilanə Babayeva, məktəbin müəllimi Ramella Soltanova 2016-cı ildə baş vermiş Aprel döyüşləri haqqında şagirdlərə məlumat verdi. Şagirdlər bu mövzuya aid yazdıqları inşaları oxudular, sonra şəhidlərə həsr olunmuş şeirlər söylədilər.


Foto Qalereya