A.Şaiq adına kitabxana filialı

A.Şaiq adına kitabxana filialı
Tədbirlər
16 May , 2019


Yasamal rayon MKS-ininA.Şaiq adına 2 №-li kitabxana filialında kiçikyaşlı oxucularla “Rəsm saatı” keçirildi. Oxuculardan Rüqəyyə və Rübabə Murad, Rəfiqə Ələkbərova müxtəlif mövzularda rəsm əsərləri çəkdilər.

Kitabxananın əməkdaşı Dəniz Vətəni uşaqlara rəsm çəkməkdə köməklik göstərdi. Rübabə Muradın çəkdiyi “Göy qurşağı” rəsmi böyük maraqla qarşılandı.

         Kitabxanada mütəmadi olaraq kiçikyaşlı oxucularla “Rəsm saatı” təşkil olunur.    


Foto Qalereya