A.Şaiq adına kitabxana filialı

A.Şaiq adına kitabxana filialı
Xəbərlər
20 May , 2019



     Mayın 18-i Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialının əməkdaşları Aybəniz Əliyeva və Afət Əliyeva oxucularla birgə “Azərbaycan Xalça Muzeyi”nə ekskursiya təşkil etdilər.

     Oxucular müxtəlif dövrlərdən bizə yadigar qalan qədim xalça növləri, tarixi, maddi və mənəvi dəyərlərimiz olan müxtəlif eksponatlarla tanış oldular. Onlar Azərbaycan Xalça Muzeyi kolleksiyasında xovsuz xalçaların nadir nümunələri haqqında məlumat əldə etdilər. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur.

                    


Foto Qalereya