A.Şaiq adına kitabxana filialı

A.Şaiq adına kitabxana filialı
Xəbərlər
28 Avqust , 2019



Yasamal rayon MKS-nin A.Şaiq adına 2saylı  kitabxana filialında alman şair- dramaturqu, mütəfəkkir və naturalisti İohann Volfqanq Hötenin 270 illiyi ilə əlaqədar olaraq sərgi-söhbət keçirildi.

Tədbirdə böyük kitabxanaçı Afət Ağayeva oxuculara İ.Hötenin həyat və yaradıcılığından məlumat verdi. O qeyd etdi ki, Höte əsərləri ilə alman ədəbiyyatına ilk modem şeiri gətirmiş, “Faust” əsərində bəşəri insan xarakterini və davranışını olduqca geniş bir şəkildə təsvir etmişdir.

Sərgidə “Vilhelm Meysterin təhsil illəri”, ”Gənc Verterin iztirabları” adlı məktub-romanı, “Seçmə oxşarlıq” adlı qismən avtobioqrafik romanları da nümayiş edildi.

Dahi alman dramaturqu İ.Hötenin 270 illiyinə həsr olunmuş sərgi-söhbət oxucuların böyük marağına səbəb oldu.


Foto Qalereya