Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi
Haqqımızda
16 Noyabr , 2016

1946-cı ildən fəaliyyət göstərən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi kitabxananın fondunda 19 minə yaxın vəsait saxlanılır. Onların sırasında Azərbaycan dilində olan nəşrlər üstünlük təşkil etsə də, rus və ingilis dilində olan ədəbiyyatların da sayı az deyil. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin əməkdaşları oxucuların azlığından da şikayət etmir. İl ərzində kitabxanaya 3500-ə yaxın oxucu müraciət edir ki, bu da kitaba olan marağın azaldığı bir dövrdə heç də pis göstərici deyil.Uşaq kitabxanasına uşaqların kitaba,mütaliəyə marağını artırmaq üçün hər cür şərait yaradılmışdır.Kitabxanamızda mütamadi olaraq müxtəlif yaş qrupuna uyğun tədbirlər keçirilir.Bunlardan ədəbi-bədii gecələr, şeir satları, viktorinalar, müsabiqələr və nağıl saatlarını göstərmək olar.2016-cı ildə kitabxanımızın fonduna yeni maraqlı kitablar daxil olmuşdur.Kitbxanamız əhalinin müxtəlif yaş qruplarından olan oxuculara xidmət göstərir.Kitabxanamıza gələn hər bir oxucuya kitabxanadan istifadə etmək qaydaları ilə yanaşı fondumuzda olan kitabları bədii, elmi və ölkəşünaslığa aid olan kitabların təbliği ilə məşğul oluruq